Xəbər lenti
Cəzaçəkmə müəssisəsinə narkotik keçirməyə çalışdı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qurumun Müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 181.3.2-ci; 228.1-ci; 326.1-ci və 66.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Azad Rahib oğlu Həziyevə tanışı Şərur rayon sakini Elşən Əsgər oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı şalvarın balaq hissələrinin tikişlərində xüsusi üsulla gizlədilmiş iki ədəd sellofan bükülüdə ümumi çəkisi 3,191 qram olan heroin və ümumi çəkisi 2,236 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























