Xəbər lenti
Şəhid anasını təhqir edən müəllim HƏBS EDİLDİ
Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.Manevr.az xəbər verir ki, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.
Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır.
O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.
Maraqlıdır, görəsən Füzuli rayon təhsil şöbəsinə hansı qanun imkan verir ki, psixoloji problemi olan birinin muəllim işləməsinə əmr versin?
Xatırladaq ki, şəhid anası ilə "müəllim" arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi./Bizim.Media
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































