Xəbər lenti
Cavad xanla bağlı nadir foto yayıldı
Manevr.az xəbər verir ki, fotoda Gəncə əhalisinin Cavad xanın nəşini Şah Abbas məscidinin həyətinə aparmaları əks olunub.
“Sovetlər dövründə Gəncədə I Şah Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunan Cavad xanın məzarı 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında dağıdılıb.
Məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və qazıntılar təcili olaraq dayandırılır. Ərazidən üstü ərəb dilində yazılan baş daşı və məzar aşkarlanır. Yazıların oxunması ilə məzarın Gəncə xanı Cavad xana aid olduğunu göstərir. Baş daşında yazılırdı:
"Bu məzarda Gəncə bəylərbəyi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur".
Bundan sonra Gəncənin qeyrətli oğulları Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə “Səbiskar” qəbiristanlığına aparılaraq Əsgər Ağa Goraninin türbəsində 30 il gizlədilir.
1990-cı ildə hələ Sovet hakimiyyəti tam süqut etməmiş rusların təsiri hələ də hiss olunduğu bir vaxtda vəzifədə olan məmurlar onları "qızışdırmamaq" üçün Cavad xanın qəbrini öz yerində yox, məscidin qərb tərəfində, gözdən uzaq yerdə qazır. Amma əhali buna razı olmur. O dövrdə qazıntı işlərində iştirak edib, xanın sümüklərini tapan adamlardan sağ qalanlardan əhali tələb edir ki, sümüklər haradan götürülübsə, orada da dəfn olunmalıdır.
Bundan sonra xanın tabutu “Səbiskar” qəbiristanlığından götürülüb Şah Abbas məscidinədək, təxminən 4 km məsafəni insanlar çiyinlərindən yerə qoymadan piyada gətirirlər. Əhalinin təzyiqiylə Cavad xan üçün yenidən elə öz məzarında yer qazılır və ordaca dəfn edilir”, - deyə tarixçi qeyd edib./yenipress.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar