Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat avtomobillə kuryeri vurdu

Tarix: 09-06-2022 21:43     Baxış: 3227 A- / A+
Deputat avtomobillə kuryeri vurdu - VİDEORusiya Federasiyası Dövlət Dumasının 69 yaşlı deputatı Sergey Mironov ətrafında qalmaqal yaranıb. Belə ki, bu gün deputatın "Hyundai Genesis" markalı xidməti avtomobili piyada keçidindən keçən şəxsi vurub.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, müşahidə kameralarına düşən görüntülərə əsasən, xüsusi siqnalları olan avtomobil tıxacdan yayınmağa çalışıb və bu zaman elektrik velosipedlə keçidi keçən kuryeri vurub.

Hadisə şahidləri zərərçəkənə yardım göstərib, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Ayağından xəsarət alan kuryer xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü zərərçəkənə kömək etməyə belə cəhd etməyib. Amma toqquşmadan dərhal sonra o, siqnal işığını və avtomobilin nömrələrini çıxarıb.

Qəza zamanı Sergey Mironov avtomobildə sərnişin oturacağında olub. Amma portfelini də götürərək cəld maşını tərk edib və piyada şəkildə hadisə yerindən uzaqlaşıb.
Bir neçə saat sonra millət vəkili qəza baş verən zaman həqiqətən də "Genesis"də olduğunu təsdiqləyib.

"Sürücü və ya kuryer günahkardır, bunu yol polisi müəyyən edəcək. Mən maşında həmişə sənədlərlə işlədiyim üçün toqquşma hadisəsini görmədim. Bu baş verən kimi sürücü maşından düşüb, velosipedçinin sağ olduğunu, ayağının isə yaralandığını gördü. Bu barədə mənə məlumat verəndə təcili yardım və yol polisini çağırmağı xahiş etdim. Hər ikisinin gəlişini gözləyirdik", - deyə o şərh edib.

Qeyd edək ki, Mironov Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar