Xəbər lenti
İşlədiyi türbədə 20 nəfəri zəhərləyib öldürdü
Pakistanın Pəncab əyalətində dəhşətli cinayətin üstü açılıb. Lent.az BBC Turk-ə istinadən xəbər verir ki, Sarqodha şəhərində yerləşən sufi türbəsinin qarovulçusu Abdül Vahid bura ziyarətə gələn şəxsləri bir-bir qətlə yetirirmiş.
Bildirilir ki, 50 yaşlı mühafizəçi ziyarətə gələn insanların tək olmasından istifadə edərək onları otağına dəvət edirmiş və onlara yemək təklif edirmiş. O, qurbanlarını zəhərləyib əldən salan kimi xəncərlə hücum edərək öldürümüş. Psixi xəstə olduğu ehtimal edilən Abdül Vahidə bu işdə bir neçə nəfər də yardım göstərib.
A.Vahid ifadəsində deyib ki, ziyarətə gələn insanların onu öldürməsindən qorxurmuş və bu səbəbdən onları qətlə yetirirmiş. Lakin araşdırmalar zamanı məlum olub ki, öldürülən 20 nəfərin hamısı soyundurulduqdan sonra onlara çılpaq halda işkəncə verilib.
Qeyd edək ki, silsilə cinayətlərin üstü türbədən yaralı halda xilas olmağı bacaran bir qadının polisə müraciət etməsindən sonra açılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar