Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Toyda məhkəmə katibini döyən polis işdən ÇIXARILDI

Tarix: 07-06-2022 20:25     Baxış: 4274 A- / A+
Xəbər verdiyimiz kimi, iyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində rayon məhkəməsinin katibi Yaşar Cəbiyevlə rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Kərimov arasında münaqişə baş verib.

Manevr.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib.
O deyib ki, bu məsələ dərhal DİN tərəfindən nəzarətə götürülməklə xidməti yoxlamalara başlanılıb:
 “Polis kapitanı V.Kərimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Hazırda araşdırmalar davam etdirilir”.
 Qeyd edək ki, hadisə rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib. "qafqazinfo"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar