Xəbər lenti
Qətərin keçmiş şahzadəsi İspaniyanın cənubundakı evində ölü tapılıb

Qətərin 46 yaşlı keçmiş şahzadəsi İspaniyanın cənubundakı evinin yatağında ölü tapılıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir k, bu barədə İspaniya polisi rəsmi məlumat yayıb.
DİN sözçüsü Kassia Qallanionun cəsədinin bazar günü səhər, Malaqa əyalətinin Marbella şəhərindəki mənzilində aşkarlandığını bildirib.
Polis K.Qallanionun Fransada yaşayan qızlarından birinin anasının onun zənglərinə cavab vermədiyi barədə xəbərindən sonra evə gəlib.
Yaşayış kompleksində xadimənin köməyi ilə evə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları şahzadənin meyitini aşkar ediblər. Cəsəddə hər hansı zorakılıq əlamətləri görünməyib.
Qeyd etmək lazımdır ki, şahzadə Qallanio ABŞ vətəndaşıdır.
Fransanın “Le Parisien” qəzetinin məlumatına görə, Qallanio Qətər əmirinin 73 yaşlı əmisi Əbdüləziz bin Xəlifə Əl-Tani ilə evli olub. Onların üç övladı dünyaya gəlib. Bir müddət sonra boşanan cütlük son dövrlərə qədər övladları üzərində qəyyumluq üçün mübarizə aparırdı. Qallanio hətta keçmiş ərini qızlarından birini cinsi istismara məruz qoymaqda ittiham edirdi. “Le Parisien”in uşaqların Parisdə ataları ilə birgə yaşadığını qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar