Sizin Reklam Burada
Xəbər lenti
05-10-2025
04-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qadın müəllim yanıb öldü -ŞOK TƏFƏRRÜAT

Tarix: 26-05-2022 22:55     Baxış: 3284 A- / A+

Qaradağ rayonu, Yunis Mirzəyev 4 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasını 3-cü mərtəbəsində, mənzil 14-də bu gün səhər saat 05 radələrində yanğın baş verib. Hazırda içəridə istintaq getdiyi üçün bizim mənzilə daxil olmağımız mümkün deyil.


Amma bir faktı diqqətinizə çatdıraq ki, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Əldə etdiyimiz digər məlumat görə, mərhum Xuraman Həsənova 139 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi imiş. Mərhumun iki övladı var və hazırda hər ikisi xaricdə yaşayır.

Xuraman Həsənovanın qonşuları və qohumları deyir ki, o hadisə baş verən mənzildə tək yaşayırmış. Heç kimlə ədavəti olmayan Xuraman Həsənovanı hamı sakit biri kimi tanıyıb. Qonşularının iddiasına görə, o, ərindən ayrılsa da, mütəmadi görüşürlərmiş.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar