Sizin Reklam Burada
Xəbər lenti
05-10-2025
04-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlı gənci öldürən polisin işinə xitam verildi

Tarix: 26-05-2022 16:07     Baxış: 3301 A- / A+

Rusiya İstintaq Komitəsi Novosibirskdə 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi xidməti silahı ilə öldürən yol polisi əməkdaşının cinayət işinə xitam verib.

"Ölkə.Az" xəbər verir ki, İstintaq Komitəsi Vəkil Abdullayevin tutulması zamanı odlu silahdan atəş açan Daxili İşlər Nazirliyinin Novosibirsk Vilayəti üzrə Baş İdarəsinin yol polisi əməkdaşı Aleksandr Qusevlə bağlı cinayət işinə xitam verərək onun əməlini qanuni hesab edib.

“Aleksandr Qusevin əməlində cinayət tərkibi olmadığı üçün Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 24-cü maddəsinin 2-ci hissəsinin birinci bəndinə əsasən, onun hərəkətlərinin qanuni olduğu tanınıb”, məlumatda bildirilib.

Qeyd edək ki, hadisə ötən il mayın 28-də Novosibirskdə baş verib. Polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R. Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişin V. Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Yol polisi Aleksandr Qusev güc işlədərək gəncə odlu silahdan atəş açıb. Ağır yaralanan Abdullayev xəstəxanaya yerləşdirilib. O, iki gün komada qaldıqdan sonra dünyasını dəyişib.ölkə.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar