Xəbər lenti
Bakıda qəzaya düşən polislərin adları məlum oldu - ŞƏKİL

Bakıda polis əməkdaşlarının yol qəzasına düşməsi nəticəsində xəsarət alanların adları məlum olub.
Manevr.az-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində Nəsimi rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları, polis serjantı, 1994-cü il təvəllüdlü Kamran İsmayılov döş qəfəsinin küt travması, polis serjantı, 1996-cı il təvəllüdlü Novruz Novruzov isə baş nayihəsinin sıyrılmış yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
N. Novruzovun xəsarətləri yüngül olduğundan o ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb, K. İsmayılov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisə nəticəsində "Mercedes"markalı avtomobildə olan sürücü, 1996-cı il təvəllüdlü Məhəmməd Babazadə, döş qəfəsinin küt travması, sərnişin, 2003-cü il təvəllüdlü İlahə Ambasova isə qarının küt travması və bədənin ümumi əzilməsi diaqnozu ilə mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.
Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi "Fiat" markalı avtomobil ona çırpılıb.
Qəza zamanı iki polis əməkdaşı və "Mercedes"-in sürücüsü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar