Xəbər lenti
Narkotik istehsal edə bilmək üçün böyrəyini satdı: Kirayələdiyi villanı emalatxanaya çevirib

Ankara Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qruplarına Çankaya mahalının Çayyolu Məhəlləsindəki 3 mərtəbəli villa barədə kəşfiyyat məlumatı ötürülüb. Ardınca sözügedən villaya üz tutan polislər, bütün mərtəbələri xüsusi mexanizmlə istixanaya çevrilən villada ümumilikdə 470 kök narkotik əldə etməyə yararlı "hind kenevir bitkisi" ələ keçirib. Xüsusi işıqlandırma və havalandırma sistemi ilə yaradılmış mexanizm nəzarətə alınıb. Villadan yalnız narkotik istehsalı üçün istifadə edən M.Y., İ.A. və M.A.Y. saxlanılıb.
Polisin apardığı araşdırmada şübhəlilərdən M.Y-nin uzun müddət Almaniyada yaşadığı və orada narkotik vasitələrin becərilməsi mexanizminin qurulması prosesini öyrəndiyi müəyyən edilib. M.Y-nin Türkiyəyə qayıdıb bu işlə məşğul olmaq üçün İrana gedərək böyrəyini külli miqdarda pul qarşılığında satdığı bəlli olub. Məlumata görə, M.Y. qazandığı pulla Türkiyəyə qayıdaraq 3 mərtəbəli villanı kirayə götürüb və təxminən 70 min lirəyə mexanizm qurub.
Faktla bağlı istintaq davam edir. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar