Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Avtomobilini qəsdən DYP maşınının üstünə sürərək qəza törətdi

Tarix: 21-05-2022 13:12     Baxış: 4220 A- / A+


Bakıda DYP avtomobilini qəsdən vuran şəxs həbs edilib.
Manevr.az-ın qafqazinfo-ya istinadla məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Fuad Ovadoğlu gecə saat 00:20 radələrində Mətbuat prospektində “Saipa Sanina” markalı avtomobillə hərəkətdə olarkən qəza şəraiti yaradıb.

Avtomobilin təhlükəli manevrlər etdiyini görən DYP əməkdaşları onu saxlamağa çalışıb. Bu zaman 37 yaşlı sürücü yol polisinin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Yol polisi əməkdaşları “BMW 328” markalı xidməti maşınla onu təqib edərək saxlamağa çalışıblar. Onlar saat 00:30 radələrində Fuad Ovadoğlunun sürdüyü avtomobili Mətbuat prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində saxlamaq istəyərkən həmin şəxs maşını qəsdən yol polisi avtomobilinin üstünə sürüb. Nəticədə bir-birinə çırpılan avtomobillərə ciddi ziyan dəyib və yararsız hala düşüb.
Əraziyə cəlb edilmiş polis əməkdaşlarının iştirakı ilə hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o, sərxoş vəziyyətdədir.
F.Ovadoğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 333 və 535-ci (nəqliyyat vasitəsini sərxoş halda idarə etmə və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və o, Yasamal Rayon Məhkəməsinə göndərilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Ovadoğluna 20 sutka inzibati həbs cəzası verilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar