Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub. Xəbər lenti
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜAT
Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub.Manevr.az qafqazinfo-ya istinadla məlumatına görə, 1989-cu il təvəllüdlü Elvin Məmmədli, onun qardaşı arvadı Aygün Məmmədli və dostu Orxan Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndiriliblər.
Məlum olub ki, hadisədən əvvəl Elvin qonşuluqda yaşayan 15 yaşlı qızla evlənmək istədiyini və onu qaçırmağı planlaşdırdığını deyib. Bu məqsədlə o, qardaşı arvadı Aygünün köməyindən istifadə edib. Belə ki, Aygün qonşu qızını saçına xına qoymaq adı ilə aldadaraq yaşadığı evə çağırıb. Burada onlar qızı zorla Orxanın maşınına salaraq Ucar istiqamətinə aparıblar və Aygünün qardaşının evinə gətiriblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Məmmədliyə 10 il 3 ay, onun dostu və avtomobilinin sahibi Orxan Səmədova 10 il, Aygün Məmmədliyə isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Aygünün cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, azadlıqda qalıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























