Bakı Dövlət Universiteti ötən gecə qəzaya düşən tələbələrin vəziyyəti ilə bağlı açıqlama verib.
Universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva açıqlamasında bildirib ki, qəzaya düşənlər Sosial elmlər və psixologiya fakültəsinin 3 tələbəsidir:
"Onlardan biri II, ikisi isə IV kurs tələbəsidir. Hazırda onlar evdədilər, qəza nəticəsində bədənlərinin müxtəlif nahiyələrində sınıqlar olsa da, vəziyyətləri qənaətbəxşdir”.
Qeyd edək ki, ötən gecə Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində avtomobil qəzası baş verib. Bakı Dövlət Universitetinin tələbələri 2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi "Toyota” markalı avtomobil vurub.
Xəbər lenti
BDU-nun tələbələri qəzaya düşdü - Son vəziyyətləri AÇIQLANDI

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar