M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb.
Manevr.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə Filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.
"Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubunun fəaliyyət göstərməsi ilə bağlı görüntülər yayılmışdı./Modern.az
Xəbər lenti
Filarmoniyanın gecə klubuna çevrilməsi xəbərinə rəsmi REAKSİYA

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































