Xəbər lenti
Polis olduğunu deyən xanımın taksi sürücüsü ilə mübahisəsi haqda - Açıqlama
Sosial şəbəkələrdə taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb.
Görüntülərdə sərnişin taksi sürücüsünə telefonla danışmağı irad tutur. İlkin ehtimala görə, qadın gediş haqqını verməkdən imtina etdiyi üçün mübahisə böyüyür. Xanım sərnişin polis zabiti olduğunu deyib, pulu taksi sürücüsünün üstünə ataraq maşından düşür.
Qeyd olunan görüntülərlə bağlı DİN Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib:
"Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər. Yanında azyaşlı övladı olan qadın avtomobilin yüksək sürətlə idarə edilməsinə görə iradından əsəbiləşən sürücü Ə.Mustafayev arasında mübahisə yaranıb. Müraciətlərə müvafiq polis bölməsində baxılmaqla, araşdırma aparılıb.
Araşdırma zamanı hər iki tərəf izahat ərizələrində göstərdikləri xüsusatları təsdiq ediblər. Araşdırmanın gedişində tərəflər ərizə ilə təkrar müraciət edərək barışdıqlarını və şikayətlərinin olmadığını bildiriblər".
DİN-dən bildirilib ki, araşdırmalarla özünü polis zabiti kimi təqdim edən xanımın əslində polis olmadığı müəyyənləşdirilib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar