Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

Tarix: 16-05-2022 14:16     Baxış: 3262 A- / A+
Türkiyənin paytaxtı Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahanının suallarını satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
Manevr.az “NTV”yə istinadən xəbər verir ki, saxlanılan şəxslər sırasında Azərbaycan vətəndaşları da var.
Şübhəli şəxslər imtahan suallarını 2-3 min dollara satmaqda ittiham olunur.
Əməliyyatlar zamanı Əfsanə G., Fərnaz H., Fuad K., Ələkbər K., Səid K. və Əli A. saxlanılıb. Şübhəlilərin qaldıqları mənzillərdə aparılan axtarışlar zamanı 11 ədəd SAT imtahanına giriş sənədi, 18 ədəd SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.
Şübhəli Fərnaz H. tələbələrə sual satmadığını, xaricdən yeni gəldiklərini, qalmağa yerləri olmadığı üçün bibisi Əfsanə G.-nin evinə toplaşdıqlarını bildirib.
Qeyd edək ki, ABŞ-da ali təhsilə tələbə qəbulu üçün standartlar müəyyən edən qurum olan College Board tərəfindən həyata keçirilən SAT imtahanında Amerika universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr iştirak edir. SAT tələbələrin ingilis dilində oxu, yazı, riyaziyyat və kompozisiya kimi sahələrdə bacarıqlarını qiymətləndirir.
Tələbələrin yerləşdiyi ölkədə beynəlxalq mərkəzdə tətbiq edilən və 5 il müddətində etibarlı olan imtahan ABŞ-da ildə 7, Türkiyədə isə 6 dəfə keçirilir./Modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar