Xəbər lenti
Məşhur qrupun üzvü kuryer geyimində Rusiyadan qaçdı
“Pussy Riot” qrupunun üzvü Mariya Alyoxina Rusiyanı tərk edib.
Bu barədə onun vəkili Daniil Berman “İnterfaks”a bildirib.
“Alyoxina Rusiya Federasiyasının ərazisini tərk edib”, - o bildirib.
Vəkilin sözlərinə görə, ifaçının ölkədən necə getdiyini bilmir, Alyoxina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən daim nəzarətdə olub. KİV-in məlumatına görə, o, yaşadığı ərazini “Delivery Club” kuryerinin formasını geyərək tərk edib.
Qeyd edək ki, 10 sentyabr 2021-ci ildə Moskvanın Preobrajenski Məhkəməsi Alyoxinanı 23 yanvar 2021-ci il tarixli razılaşdırılmamış aksiyada "sanitariya-epidemioloji qaydaların pozulmasına təhrik" maddəsi ilə bir il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edib.
2022-ci ilin əvvəlindən Alyoxina dəfələrlə polis tərəfindən saxlanılıb və 90 gün inzibati həbsdə olub.
Aprel ayında Moskvanın Presnenski Məhkəməsi Federal Penitensiar Xidmətin tələbi ilə Alyoxinanın azadlığın məhdudlaşdırılması şəklində cəzasını koloniyada real həbs cəzası ilə əvəz edib. Məhkəmə iclası Alyoxinanın iştirakı olmadan keçib.
Aprelin sonunda Daxili İşlər Nazirliyi onu axtarışa verib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar