Xəbər lenti
Hərbi Prokurorluqdan gizirin intiharı ilə bağlı AÇIQLAMA
10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.Bu barədə Manevr.az -a Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.
F.Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.
Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























