Sizin Reklam Burada
Xəbər lenti
28-05-2026
27-05-2026
BÜTÜN XƏBƏRLƏR

Nostradamusun oğurlanan əlyazması Almaniyada tapıldı

Tarix: 09-05-2022 22:02     Baxış: 3271 A- / A+
Nostradamusun oğurlanan əlyazması Almaniyada tapıldı
Nostradamus kimi tanınan fransız astroloq Mişel de Nostredamın İtaliyanın paytaxtı Roma şəhərindəki kitabxanadan oğurlanan əlyazması Almaniyada hərraca çıxarılarkən aşkarlanıb.

Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Romadakı Barnabiti Tarixi Araşdırma Mərkəzi Kitabxanasından oğurlanan M.Nostredamın “Profetie di Michele Nostradamo” adlı latın dilindəki əlyazmasının dəqiq tarixi məlum olmasa da, kitabın 2007-ci ildə oğurlandığı bildirilir.

XVI əsrə aid təxminən 500 səhifəlik əlyazmanın oğurlanaraq Fransaya aparıldığı, burada “bit bazarı”nda satıldıqdan sonra Almaniyaya gətirildiyi müəyyən olunub.

Almaniyanın Ştutqart şəhərindəki hərrac evi kitabı hərraca çıxardıqdan sonra İtaliyanın mədəni irsi qoruma qrupları işin izinə düşüb. İtaliya polisinin Mədəni İrsin Qorunması Komandanlığı alman səlahiyyətliləri ilə əlaqə saxlayıb və əlyazmanın geri qaytarılmasını istəyib. Kitabın hərracda satılmasının qarşısı alınıb.

Almaniyada aparılan ekspertizalarda sözügedən kitabın İtaliyadan oğurlanmış əlyazma olduğu təsdiqləndikdən sonra onun geri qaytarılması prosesi başlayıb. Kitab yenidən Romadakı kitabxanaya gətirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar