Sizin Reklam Burada
Xəbər lenti
28-05-2026
27-05-2026
BÜTÜN XƏBƏRLƏR

Yeyib-içdikdən sonra dostunu güllələdi

Tarix: 08-05-2022 23:10     Baxış: 3244 A- / A+
Göyçay rayonunda silahlı insident baş verib. 

Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib.

Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus "Vinçester" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb. 

O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb. 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar