Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əri boşanmaq istəyən arvadını bıçaqlayıb - Şəkillər

Tarix: 07-05-2022 22:50     Baxış: 3266 A- / A+
Bakıda ər boşanmaq ərəfəsində olduğu arvadını bıçaqlayıb.

Hadisə mayın 4-də Xətai rayonu General Şıxlınski 1-a ünvanında baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Nadirova Jaləni həyat yoldaşı Heydər Nadirov bıçaqlayıb. Qarın nahiyyəsindən bir bıçaq zərbəsi alan qadın, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.

Hadisə ilə bağlı əməkdaşımızla söhbətləşən qadın bildirib ki, o, ərindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Qadının iddiasına görə, buna əri tərəfindən şiddətə məruz qalması səbəb olub. O, həyat yoldaşı tərəfindən dəfələrlə döyüldüyünü bildirib.

Jalə Nadirova onu da bildirib ki, əri ilə boşanmaq barədə qərar qəbul etdikdən sonra evdən ayrılıb və kirayə qalıb. Buna baxmayaraq, həyat yoldaşı onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib.

Hadisədən sonra Heydər Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb. Jalə Nadirovanın sözlərinə görə, hadisədən 3 gün vaxt keçsə də, polis tərəfindən ondan izahat alınmayıb. Qadın bu durumdan narahat olduğunu dilə gətirib. qafqazinfo

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar