Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunaraq 6 il həbs cəzası verilmiş şəxs bəraət alıb - Şəkil

Tarix: 06-05-2022 06:16     Baxış: 3244 A- / A+
Külli miqdarda narkotiklərin dövriyyəsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş Elşən Əsgərovun şikayətinə baxılıb.

Şirvan Apellyasiya Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə araşdırılan iclasda Elşən Əsgərovun vəkili Pərviz Hümbətov müdafiə çıxışı edib. Vəkil çıxışında müvəkkilinin verilmiş ittihamlarla əlaqəsi olmadığını və birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırmadığını bildirib.

Məhkəmədə qərar elan olunub. Qərara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ittiahmedici hökmü ləğv edilib.

Elşən Əsgərova ittiham olunduğu hər iki maddə ilə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Elşən Əsgərov 2020-ci ilin mart ayında Astara Rayon Polis Şöbəsi tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 234.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar