Xəbər lenti
Atasını maşının yük yerinə salıb DİRİ-DİRİ YANDIRDI
Rusiyanın Verxnaya Pışma şəhərində gənc oğlan atasını diri-diri yandırıb.Bu barədə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
Oğul cinayət hadisəsini Mayakovski küçəsində dostları ilə birlikdə törədib. Axşam saatlarında kişini döyərək zorla “Lada” markalı avtomobilin yük yerinə salıblar. Sonra avtomobilin üzərinə yanacaq tökərək alışdırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qurbanın cəsədini yük yerində yanmış vəziyyətdə tapıb. Bundan sonra polislər şübhəliləri saxlayıblar. Gənclərdən ikisi Permdə, biri Verxnaya Pışmada, biri isə Yekaterinburqda ələ keçib.
Mərhumun oğlu ifadəsində bildirib ki, uşaqlıqdan atası tərəfindən aşağılayıcı təhqirlərə məruz qaldığından qisas alıb.
Faktla bağlı araşdırma davam edir. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























