Xəbər lenti
Rusiyalı aparıcı axtarışa verildi

Rusiyalı jurnalist, televiziya aparıcısı Aleksandr Nevzorov ölkənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, martda Nevzorova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb.
İstintaqın məlumatına görə, o, martın 9-da instaqram və martın 19-da isə yutub hesabında Mariupolda doğum evinin Rusiya hərbçiləri tərəfindən qəsdən atəşə tutulması barədə yalan məlumat yayıb. Nəşrlərdəki görüntülərin mənbəsi Ukrayna mediası olub.
İstintaq Komitəsi hazırda Nevzorovun harada olduğunu müəyyənləşdirməyə çalışdıqlarını qeyd edib.
Həmçinin, apreldə ölkənin Ədliyyə Nazirliyi jurnalisti xarici agentlər siyahısına əlavə edib. Bundan əvvəl isə Nevzorov Ukraynada baş verənləri pisləyərək Rusiyanı tərk edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.png)
Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































