Xəbər lenti
Rus şəbəkəsinin Bakıda yeni təxribat cəhdi...
Bu barədə “Qələbə Könüllüləri” təşkilatının rəhbəri, Rusiya Dövlət Dumasının Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər komitəsinin sədr müavini Olqa Zanko məlumat yayıb. Məlumatda qeyd olunub ki, aksiyaya uyğun olaraq, Rus Evinin yeni binasının qarşısında ətrafdan keçən insanlara “Georgi lenti” paylanılacaq.
“Georgi lenti” aksiyasının bu il Qazaxıstan, Azərbaycan, qondarma “dnr” və “lnr” respublikalarında və Qırğızıstanda keçirilməsi planlaşdırılır.
Bu xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində vətəndaşların böyük narazılığına səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu aksiyanın keçirilməsinin yolverilməz olduğunu bildiriblər.
Məlumat üçün qeyd edək ki, “Georgi lenti” Rus-Osmanlı müharibəsinin gedişində (1768-1774), 1769-cu ildə imperatriça ikinci Yekaterina tərəfindən təsis edilib. Həmin vaxt bu lent Rusiya üçün döyüşən əsgərlərə verilən medalların üzərinə vurularaq, təqdim olunurdu. Lentdə əks olunan narıncı rəng alovu, qara rəng isə tüstünü simvolizə edir.
2005-ci ildən Rusiya hökuməti bu aksiyanı beynəlxalq səviyyədə keçirməyə başlayıb. Aksiya əsasən keçmiş sovet respublikalarında təşkil olunur.
Lakin “Georgi lenti” Rusiyanın “şovinist”, “neo-faşist” və İmperiya maraqlarına xidmət edən alətə çevrildikdən sonra əksər ölkələrdə qadağan edilib. Moldova, Ukrayna, Latviya, Litva və Estoniya “Georgi lenti” aksiyasının keçirilməsini rəsmən qadağan edib.
Gürcüstan, Qazaxıstan və Belarusda isə aksiyanın keçirilməsinə üstüörtülü şəkildə əngəllər yaradılır.
Azərbaycanda isə “Georgi lenti” aksiyasının keçirilməsi ilə bağlı heç bir qadağa yoxdur. Hətta mətbuatda gedən xəbərlərə görə, bu aksiya 2014-cü ildə ölkəmizdə də keçirilib. Həmin vaxt Rusiya Səfirliyinə müraciət edən vətəndaşlara “Georgi lenti” paylanılıb.
Rusiya tərəfi isə “Georgi lenti”nin İmperiaya maraqlarına xidmət etmədiyini, 9 may Qələbə Gününün rəmzlərindən biri olduğunu iddia edir. Lentin 9 mayla əlaqələndirilməsinin tək səbəbi isə həmin vaxt 15 milyondan çox sovet əsgərinin aldığı “Almaniya üzərində qələbəyə görə” medalının üzərində “Georgi lenti”nin olmasıdır. Bu kütləvilik səbəbindən, bir çoxları “Georgi lenti”ni faşizm üzərində qələbənin rəmzi kimi qəbul edir.
Ancaq göründüyü kimi, bu lentin qələbə günü ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Onu da qeyd edək ki, “Georgi lenti”-nə vaxtilə Azərbaycanın çar Rusiyası tərəfindən işğalında böyük rol oynamış Sisianov və Yermolov kimi generallar da layiq görülüblər...
Bakı şəhər İcra Hakimiyyətinin ictima-siyasi humanitar və ümumi şöbəsindən “AzPolitika.info”-ya bildirilib ki, sözügedən aksiyanın keçirilməsi ilə bağlı, onlara heç bir müraciət daxil olmayıb: “Hələ ki, “Georgi lenti” aksiyasının keçirilməsi ilə bağlı müraciət olunmayıb. “Sərbəst Toplaşmaq Azadlığı Haqqında” Qanuna uyğun olaraq, aksiyanın keçirilməsiylə bağlı, Bakı Şəhər İcra Hakimiyyətinə beş gün öncədən məlumat verilməlidir”.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə bildirib ki, əgər aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıbsa, qanunsuz sayılacaq və qarşısı alınacaq: “DİN yalnız Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyalarda iştirakçıların təhlükəsizliyini təmin edir. Əks halda isə bu cür tədbirlərin keçirilməsinə icazə verilmir”.
Qeyd edək ki, Rusiyanın “Z” və “V” simvolları kimi, “Georgi lenti”də Ukraynadakı işğalın əsas rəmzlərindən birinə çevrilib. Rus hərbçiləri işğal etdikləri Ukrayna şəhərlərində yerləşən binaların üzərinə “Georgi lenti” adlandırılan bu simvolu çəkirlər. Bu zaman sual olunur ki, Ukrayna üçün olduqca həssas bir dönəmdə faşizmin rəmzi hesab olunan bu lentin Azərbaycanda paylanması kimə və kimlərə sərf edir?
Aksiyanın təyin olunduğu tarixin, “ADNA” terrorunun 13-cü ildönüm günü ilə üst-üstə düşməsi isə olduqca maraqlı bir faktdır. Ya aksiyanı təşkil edən “rusbaş”lar tariximizdən xəbərsiz şəkildə belə bir səhvə yol veriblər, ya da onları düşündürən tək məsələ Rusiya xüsusi xidmət orqanlarının tapşırığına əməl etməkdir. Hər halda ölkəmiz üçün qanlı terror aktlarından birinin baş verdiyi gündə, “terrorun simvolu”na çevrilən bu lentin təbliğatını aparmağa çalışanlar böyük bir yalnışa yol verirlər.
Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi dövründə cəmiyyət olaraq, Ukrayna xalqının və dövlətinin haqlı mübarizəsinə dəstək verməyimiz, bu işğala səssiz qalmamağımız hansısa qüvvələri narahat edib.
Şübhəsiz ki, Rusiyanın təbliğat maşının parçaları belə ucuz aksiyalarla cəmiyyətdə fikir ayrılıqları yaratmağa çalışırlar. Ancaq ölkəmizdəki rus tör-töküntüləri anlamalıdırlar ki, onlar belə ucuz aksiyalarla bütün dünyanın qəbul etdiyi gerçəklikləri dəyişə bilməyəcəklər.../azpolitika.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar