Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qalmaqallı qaziyə cinayət işi açıldı: Adam bıçaqlayıbmış

Tarix: 29-04-2022 21:29     Baxış: 4207 A- / A+
Qalmaqallı qaziyə cinayət işi açıldı: Adam bıçaqlayıbmış - FOTOSumqayıtda bıçaqlanma hadisəsi olub.

Laçın rayon sakini, 1986-cı il təvəllüdlü Emin Hünbətov Ceyranbatan qəsəbəsində tanışı Rafiq Novruzovu bıçaqlayıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət almış şəxs xəstəxanaya aparılıb.

Bildirilir ki, hadisə Ceyranbatandakı "Praqa" restoranının yaxınlığındakı köşkün arxasında baş verib.

Emin Hünbətov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə iş açılıb və o, şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, bıçaqlanma hadisəsini törədən E.Hünbətov Vətən müharibəsində iştiraka görə iki medalla təltif edilib. Onun atası İsrafil Hünbətov Birinci Qarabağ müharibəsində şəhid olub.

Xatırladaq ki, E.Hünbətovun adı bir neçə ay əvvəl özünə qanunsuz obyektlər açmaq məsələsində hallanıb. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilirdi ki, E.Hünbətov Ceyranbatanda heç bir icazə sənədi olmadan qanunsuz olaraq özü üçün əlavə bir köşk quraşdırıb. Beynəlxalq əhəmiyyətli yolun kənarında hər-hansı köşkün quraşdırılmasının yolverilməz olduğu bildirilsə də E.Hünbətov bununla razılaşmayıb, RİH əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, özünü yandırmaqla təhdid edərək qanunsuz köşkün götürülməsinə mane olub.

Bıçaqlanma hadisəsi də məhz bu köşkün arxasında baş verib. big.az

Manevr.az 

Qalmaqallı qaziyə cinayət işi açıldı: Adam bıçaqlayıbmış - FOTOQalmaqallı qaziyə cinayət işi açıldı: Adam bıçaqlayıbmış - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar