Xəbər lenti
Bakıda polisə silahlı HÜCUM: ayağından güllələndi
Bakıda Post Patrul Xidmətinin avtomobilinə hücum olub.
Daxili İşlər Nazilriyindən verilən məlumata görə, aprelin 29-na keçən gecə saat 2.50-də Sabunçu rayon Polis İdarəsi, 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gediblər.
Orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul teləb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirib.
Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılıb. Qısa zaman ərzində onun yeri aşkar edilib. Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.
Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.
Müəyyən edilmişdir ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.
Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar