Xəbər lenti
Azərbaycanlı müğənninin evindən 18 min manatlıq oğurluq edildi

Bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində müğənni Dəniz Əsədova deyib.
Köməkçisi tərəfindən evi qarət olunan sənətçi yaşadığı xoşaqəlməz hadisə ilə bağlı bunları söyləyib.
"Başıma gəlməyən iş qalmayıb. Dörd aydır ki, mən yaşamıram. Yanvarın birindən köməkçiqadını işə götürdüm. Həm mənim işlərimdə kömək edirdi, həm də evimdə xadiməlik edirdi. O, bizimlə bir yerdə yaşayırdı. Aprelin 16-sı 18:55 radələrində evimdən oğurluq olub. Evimdə çalışan qadın səhnə geyimlərimi, ayaqqabılarımı və digər əşyalarımı paketlərə yığıb, qaçıb.
Həmin vaxt mən evdə yatırdım. Körpə uşaqlarım isə oynayırdılar. Onlar kiçik yaşlı olduqlarından diqqət etməyiblər. Əşyalarımı bir-bir yığıb, düşüb birinci mərtəbəyə. Mən yuxudan oyananda, qadının əlində iki kiçik paket var idi. O anda da köməkçi qadın evdən çıxıb, aşağı düşüb.
"Hazırda iş polisdədir. Bununla bağlı araşdırma gedir. Əlimdə evimizin blokunda yerləşən təhlükəsizlik kameralarının lentə aldığı görüntülər var. Onunla yazışmamız da var.
Mesajlaşmada köməkçi qadın oğurluq etdiyini etiraf edib. İstintaq gedir. Əmələ hüququ qiymət verilməlidir. Bu günə kimi də oğurladıqlarının qaytarılması ilə bağlı heç bir məlumat yoxdur". milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar