Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kişi sərxoş itinə görə NİŞANINI QAYTARDI

Tarix: 27-04-2022 23:09     Baxış: 4236 A- / A+
Britaniyada itin həddən artıq spirtli içki qəbul etməsi gənc cütlüyün ayrılmasına səbəb olub.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, hadisə toy ərəfəsində baş verib.

28 yaşlı gənc itini nişanlısının evində qoyub valideynləri ilə görüşə gedib. Nişanlısına tapşırıb ki, rəfiqələri ilə əylənən zaman iti otaqda bir küncə bağlasın. 

Diqqətsizlikdən iti bağlamaq qızın yadından çıxıb, sadəcə otağın qapısını örtüb.

Elə hər şey də bundan sonra başlayıb. Sərbəst qalan it otaqdakı spirtli içkilərin hamısını içib və şokoladları yeyib.

1-2 saatdan sonra otağa girənlər itin özündə olmadığını görüblər. Qız dərhal nişanlısına zəng edərək təcili baytar taparaq evə dönməsini bildirib.

“Mən ora çatanda it sanki saatlarla ağlamışdı, özündə deyildi, sakitcə süst olmuşdu. Rəfiqələri izah etdilər ki, it sağdır, amma xəstədir, buna görə kefi pozmağa dəyməz”, deyə itin sahibi deyib və qəti qərar qəbul edib – nişan mərasimi, toy olmayacaq!

Qızın yaxınları kişinin bu qərarına təəccüb edib. Hətta bəyin ailəsi və yoldaşları da onu bu addımı atmaqdan çəkindirmək istəyiblər. Lakin o, fikrindən dönməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar