Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sevgilisinin vəhşiliklərinə dözən azərbaycanlı qadın: "Çünki o mənim ərim idi"

Tarix: 27-04-2022 21:18     Baxış: 4222 A- / A+
Sevgilisinin vəhşiliklərinə dözən azərbaycanlı qadın: "Çünki o mənim ərim idi"
Bakıda sevgilisini qısqanclıq zəmnində döyərək girov götürən, həyətindəki yarımtikilidə saxlayan şəxsə hökm oxunub.

Hadisə ötən ilin yayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Belə ki, Murad Məmmədov (soyad şərtidir) qeyri-rəsmi münasibətdə olduğu Minəxanım Hüseynovanı (soyad şərtidir) 13 gün həyətindəki yarımtikilidə saxlayaraq dəfələrlə döyüb, sağlamlığına ağır xəsarət yetirib.

Hadisə ilə bağlı açılan cinayət işinə Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən 28 yaşlı Murad Məmmədov bildirib ki, Minəxanımı girov götürməyib. O, öz istəyi ilə gəlib:

"Minəxanımın ailəsi ondan imtina etmişdi. Mən onunla tanış olanda mərhəmət edib kirayə ev tutdum. Bundan sonra birlikdə yaşamağa başladıq. Bir müddət sonra o, evə gəlməyə başladı. Tüfeyli həyat tərzi keçirirdi. Bir müddət sonra onu yenidən gördüm və Minəxanımı evimizin həyətindəki yarımtikilidə qalması üçün gətirdim. Aramızda qısqanclıq zəminində mübahisə düşdüyü üçün onu döymüşəm. Amma onun əl-ayağını bağlamamışam. Minəxanım üçün həmin yarımtikiliyə tez-tez yemək-içmək də aparmışam. 13 gün sonra polislər gələrək bizi şöbəyə aparıb".

Hadisə zamanı xəsarət alan Minəxanım Hüseynova ifadəsində deyib ki, yaşamağa yeri olmadığına görə, Muradın evinə gələrək onunla qalmaq istəyib:

"Biz təxminən 1 il 6 ay idi ki, tanış olmuşduq. Birlikdə kirayədə yaşayırdıq. Daha sonra o evlərinə getdi. Mənim də daimi qalacaq yerim olmadığına görə, onun həyətindəki yarımtikilidə qalmaq istədim. Murad məni çox qısqanırdı. Hətta ailə üzvlərinə belə. Dəfələrlə buna görə məni həyətdə döymüşdü. Amma əl-ayağımı bağlamayıb. Mənə yemək də verib. O hər dəfə məni döyəndə ona yalvarsam da, buna məhəl qoymurdu. Məni o qədər döymüşdü ki, qabırğalarım sınmışdı. Axırıncı dəfə məni döyəndə ona dedim ki, artıq ağrıya dözə bilmirəm. O isə işinə davam etdi. Mənim barmaqlarımı da sındırdı. Başıma elə zərbə vurdu ki, üç tikiş düşdü. Mən onun sözündən çıxmadım. Həmin evdən gedə biləcəyim halda da heç yerə getmədim. Çünki o mənim ərim idi. Bizim qəsəbədə qadının ərindən ayrılması xoş qarşılanmırdı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Murad Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. kriminalqafqaz

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar