Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

DİN-in qarşısında özünü yandıran Türkiyə vətəndaşı imiş...

Tarix: 26-04-2022 22:31     Baxış: 3236 A- / A+
DİN-in qarşısında özünü yandıran Türkiyə vətəndaşı imiş...
 Bu gün Daxili İşlər Nazirliyinin qarşısında özünü yandıran şəxsin kimliyi müəyyənləşib.

Nazirliyin qarşısında üzərinə yandırıcı maye tökərək, özünü yandıran şəxsin Türkiyə vətəndaşı, 32 yaşlı A.K. olması dəqiqləşib.

Məlum olub ki, bir neçə gün əvvəl kommunal idarənin əməkdaşları onun paytaxtın mərkəzində yerləşən “Tarqovı” məhəllə adlanan ərazidəki mənzildə qanunsuz inşa etdiyi eyvanı sökməsini tələb edib. A.K. isə bundan imtina edib və nəticədə dövlət qurumu tarixi və arxitektura əhəmiyyətli binada Türkiyə vətəndaşının inşa etdiyi eyvanı söküb.

Bundan sonra A.K. nazirliyin qarşısına gələrək, özünü yandıracağını bildirib və qəfil üzərinə yandırıcı maye tökərək özünə od vurub. Araşdırmalar zamanı o da məlum olub ki, A.K. bir neçə il əvvəl də paytaxtın mərkəzindəki digər evində qanunsuz tikinti işləri aparıb və həmin vaxt da aidiyyəti dövlət qurumları ilə problem yaşayıb. Hətta ərazi üzrə kommunal idarənin rəhbərliyindən prokurorluğa şikayət edib.

Qeyd edək ki, A.K. Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır. A.K.-ni söndürərkən bir polis əməkdaşı da xəsarət alıb. metbuat.az

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar