Xəbər lenti
Motosikletçini döyən “Lexus” sürücüsü saxlanıldı, onu neçə illik həbs gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıda minik avtomobilinin sürücüsü moped sürücüsünü döyərək, təhqir edib.
Mopedi idarə edən Murad Salmanın paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevriib və hadisəni törədən "Lexus” sürücüsü şiddətlə qınanıb.
Qeyd edək ki, "Lexus” markalı, 10-VX-707 dövlət nişanlı avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov 2 il əvvəl Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib. Onun Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində inzibati xarakterili vəzifə tutduğu da bildirilir.
Qaynarinfo-nun yaydığı məlumata görə, "Lexus” sürücüsü Sultan Tofiq oğlu Dadaşov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 25 sutkalıq həbs qərarı verilib.
Maraqlıdır, qanunu pozan avtomobil sürücüsünü hansı cəza gözləyir?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı gundem.az-a danışan vəkil Turan Abdullazadə istənilən şəxsin qanun qarşısında bərabər olduğunu bildirib:
"Azərbaycan Resublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin belə ifadəsini də yəqin ki, eşitməmiş olmazsınız:
Yəni şəxsin Prezidentin İşlər İdarəsində işləməsi qanunlara riayət və qanunçuluq ruhuna hörmət edilməməsinə dəlalət etmir və heç bir halda qanunsuzluq mühitinə rəvac verməməlidir. Demokratik və dünyəvi dövlətlərdə "şah-qanun deyil, qanun-şahdır. Sözügedən videogörüntülərə mən də baxmışam. Təbii ki, şəxsin törətdiyi əmələ hüquq mühafizə orqanları və məhkəmələr daha düzgün hüquqi qiymət verəcək və şəxsin törətdiyi əməlləri tövsif edəcəkdir”.
Vəkil hadisəni törədən şəxsin bir neçə maddə üzrə ittiham oluna biləcəyini deyib:
"Bir vəkil, uzun illər hüquqşünas kimi iş stajına malik bir Azərbaycan vətəndaşı kimi subyektiv fikrim bundan ibarətdir ki, ilk baxışda şəxsin əməllərində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə), 327-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-128-ci ( Sağlamlığa yüngül və az ağır zərər vurma) maddələrinin tərkib əlamətləri müşahidə olunmaqdadır.
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar