Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

7 məktəbli xəstəxanalıq oldu

Tarix: 22-04-2022 22:54     Baxış: 4290 A- / A+
Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə özlərini narahat hiss edən yeddi şagird şəhər xəstəxanasına aparılıb.

Hadisə bu gün məktəbin 6a sinfində baş verib.

Belə ki, sinifdəki şagirdlərdən bir neçəsi 4-cü saatda - musiqi dərsində özlərini narahat hiss ediblər və ürəkbulanmaları olduğunu deyiblər.

Dərhal bu barədə məktəblilərin valideynlərinə bildirilib və onlar Mingəçevir Şəhər Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıblar.

İlkin müayinə nəticəsində uşaqlarda zəhərlənmə aşkarlanmayıb. Məktəblilərin səhhəti bir neçə saat nəzarətdə saxlanıldıqdan onlar evə buraxılıb.

Bildirilir ki, sinifdə şagirdlərdən birində ürəkbulanma olub və bunu görən digər şagirdlər təşviş keçirərək, özlərində də eyni halın olduğunu düşünüblər. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar