Manevr.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yenidən həbs edilənlər arasında daha öncə də bu işə görə azadlıqdan məhrum edilmiş şəxslər olsa da, cəzalarını tam çəkməmiş azadlığa çıxıblar.
Daha öncə həbs həyatı yaşamış şəxslər gizirlər Polad Əzizov, Elçin Əliyev və Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılovdur.
Fotoda gizir Elçin Əliyev

Belə ki, 2019-cu ildə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Hakimlər heyəti onların hamısına münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Onlara 5 il 6 ay-6 il cəza kəsilib. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.
Tərtər Hərbi Məhkəməsinin qərarına əsasən, Maşıyev Sənan Səxavət oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 23 avqust 2017-ci ildən hesablanıb.