Ağdamda yol işləyən tikinti texnikası minaya düşüb. Manevr.az-ın xəbərinə görə, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.
Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb. Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.apa