Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Buçada zirzəmiyə salınan qızlara kütləvi şəkildə təcavüz edilib

Tarix: 12-04-2022 22:39     Baxış: 3244 A- / A+
“Buçanın işğalı zamanı rusiyalı hərbçilər zirzəmilərin birində 14-24 yaşlı 25-ə yaxın yeniyetmə qız və qadın saxlayaraq onlara müntəzəm təcavüz ediblər”.

 Bu barədə ukraynalı ombudsman Lyudmila Denisova “The New York Times” və BBC-yə müsahibəsində bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qadınlardan doqquzu hazırda hamilədir.

“Rusiyalı əsgərlər qızlara deyiblər ki, onları o qədər zorlayacaqlar ki, bir daha heç bir kişi ilə cinsi əlaqəyə girməyi düşünməsinlər və ukraynalılardan uşaq dünyaya gətirmək istəməsinlər”, -  deyə Denisova bildirib.

Nəşr həmçinin Kiyev ətrafının sakinlərindən biri, 50 yaşlı Anna ilə video yayımlayıb. O, Çeçenistandan olan hərbçi tərəfindən zorlandığını bildirib. Qadının sözlərinə görə, əri onu qorumağa çalışıb və güllələnib.

Xatırladaq ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də Buça və İrpendə ukraynalı qadınların rusiyalı hərbçilər tərəfindən kütləvi şəkildə zorlandıqdan sonra asıldıqlarını və yandırıldıqlarını bildirmişdi. manşet.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar