Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Polis şöbəsində arvadını güllələyən serjanta hökm oxunub

Tarix: 12-04-2022 18:22     Baxış: 4229 A- / A+
Bakı Ağır Cinayətlər Məhkəməsində polis şöbəsində arvadını güllələyən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.Qeyd edək ki, prokuror çıxışında İsmayıl Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Ona qarşı qaldırılan mülki iddia qismən təmin edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsdən ümumilikdə 8 min manat tutularaq zərərçəkənin ailəsinə ödənilməlidir.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.apa

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar