Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yarım milyonluq brilyantla tutulan şəxsə hökm oxundu

Tarix: 09-04-2022 21:10     Baxış: 3253 A- / A+
Yarım milyonluq brilyantla tutulan şəxsə hökm oxunduQaçaqmalçılıq yolu ilə Dubaydan Azərbaycana brilyant qaşlar gətirən şəxsə hökm oxunub.

Hadisə ötən ilin yanvar-fevral aylarında baş verib. Belə ki, 1979-cu il təvəllüdlü Sahib Məmmədov (ad və soyad şərtidir) əvvəlcədən əlbir olduğu bir qrup şəxsin köməyi ilə 495075,50 manat dəyərində olan 16 ədəd şəffaf sellofan paketdə yerləşdirilmiş brilyant qaşları satmaq məqsədi ilə ölkəyə gətirib.

Sahib Məmmədov həmin sellofan paketləri boks kisəsinin içində gizlədərək 2021-ci ilin 12 fevralında gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə hava sərhədindən ölkəyə keçirib. Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.

Ona məxsus böyük ölçülü karton qutuya yoxlama keçirilən zaman, qutunun içərisində olan boks kisəsi açılıb və brilyant dolu paketlər yerə tökülüb. Gömrük əməkdaşları tərəfindən aşkar olunan bükümlər nömrələnib. Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edib.

Sahib Məmmədov daha sonra 63287,33 manat gömrük ödənişini Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödəyib.

Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Məmmədovun cəzası şərti hesab edilib. Bu səbəbdən o azadlıqda qalıb və 2 il sınaq müddəti təyin edilib.

Qeyd edək ki, hadisə ilə bağlı ötən ilin 23 fevralında Dövlət Gömrük Komitəsi məlumat yayıb. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar