Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkə Ukraynaya S-300 verdi

Tarix: 08-04-2022 22:18     Baxış: 3198 A- / A+
Slovakiya Ukraynaya öz S-300 hava hücumundan müdafiə sistemini göndərib.

Manevr.az "qafqazinfo"ya istinadən xəbərinə görə, bu məlumatı Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen ilə birlikdə Kiyevdə səfərdə olan Slovakiyanın Baş naziri Eduard Heqer verib.

Rəsmi Bratislava indiyədək ölkənin müdafiəsində bu raket sisteminə ehtiyac olduğunu bildirdiyindən xəbər gözlənilməz olub. Belə ki, Almaniya və Niderland mart ayında NATO-nun şərq cinahının gücləndirilməsi üçün Slovakiyaya “Patriot” sistemi təqdim ediblər, lakin müdafiə naziri Yaroslav Nad bu sistemin əvəzedici deyil, müvəqqəti əlavə olduğunu iddia edirdi.

E.Heqer mətbuat açıqlamasında qeyd edib ki, Ukraynaya S-300 raket sisteminin verilməsi Slovakiyanın hansısa silahlı münaqişəyə qoşulması anlamına gəlmir:

“Bu məsuliyyətli qərarla Slovakiya sülh, azadlıq və insan haqlarının qorunmasını dəstəkləyən bir ölkə olaraq Ukraynaya və onun dinc sakinlərinə sırf müdafiə yardımı göstərir”.

Slovak hökumətinin təsdiqləmədiyi xəbərlərə görə, S-300 raket sistemi iki gün davam edən məxfi missiya çərçivəsində Ukraynaya çatdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar