Xəbər lenti
Təhsil Tələbə Krediti Fondunda deputatlarla görüş keçirilib - ŞƏKİLLƏR

Manevr.az xəbər verir ki, görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev, deputatlar Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Könül Nurullayeva, Tamam Cəfərova, Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Etibar Əliyev, Rauf Əliyev, Kamilə Əliyeva iştirak edib.

Fondun ümumi fəaliyyətinə dair millət vəkilləri tərəfindən bir sıra yeni təkliflər irəli sürüldü, Təhsil Tələbə Krediti üçün müraciət edən tələbələri ən çox maraqlandıran suallar müzakirə edildi. Bölgələrdə fəaliyyət göstərən orta və ali təhsil müəssisələrində Fond haqqında maarifləndirmə işlərinin aparılması, daxili monitorinq bölməsinin yaradılması, təbliğat-təşviqat və reklam məsələləri ilə bağlı daha çox maliyyə vəsaitinin ayrılması kimi təkliflər edildi.

Görüşün gündəliyinə əsasən, millət vəkilləri və Fond arasında vətəndaşlar tərəfindən təhsil tələbə kreditlərinin alınmasına dair daxil olan müraciətlərə baxılması, emalı, operativ cavablandırılması ilə bağlı müvafiq əməkdaşlıq formatı müəyyən edilmişdir.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar