Xəbər lenti
Deputat Müşfiq Məmmədli vətəndaşları qəbul edib - ŞƏKİLLƏR
Bu gün Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli qəbul keçirib.
Manevr.az xəbər verir ki, ilk olaraq "Supreme" mebel şirkətinin rəhbəri Samir Mehdiyevlə görüşən millət vəkili hazırda ölkədə yaradılan biznes mühiti haqda söhbət açmış, dövlət tərəfindən kiçik və orta biznesə göstərilən diqqətdən bəhs etmişdir. Görüş zamanı şirkət rəhbəri ilə biznesin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Sumqayıtda fəaliyyət göstərən BMT-nin İnkişaf Proqramı və USAİD tərəfindən yaradılmış Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova ilə görüş keçirilmişdir. Günel Ələkbərova yeni yaradılmış mərkəz haqqında, həmçinin, gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat vermişdir. Deputat Müşfiq Məmmədli mərkəzin gələcək fəaliyyətində uğurlar arzulayaraq dəstək olmağa hazır olduğunu qeyd etmişdir.
Daha sonra Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Ülvi Məmmədovun iştirakı ilə Sumqayıt şəhər Kottec yaşayış massivi Məscidinin imamı, icma sədri Mirfəyaz Fəttayev və icmanın nümayəndələri ilə görüş keçirilmişdir. İlk olaraq millət vəkili Müqəddəs Ramazan ayı münasibətilə gələn qonaqları təbrik etmişdir. Eyni zamanda prezident cənab İlham Əliyevin milli mənəvi dəyərlərə verdiyi qiymət, bu yöndə qurulan infrastruktur barədə söhbət açaraq görülən işlərin dövlətin dinimizə eləcə də din adamlarına olan diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd etmişdir. Söhbət zamanı Kottec yaşayış massivində yenidən qurulan Məscid haqda fikir mübadiləsi aparılmışdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar