Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Dünya 77 ildir Buça kimi qətliam görməyib? Bəs Xocalı?

Tarix: 05-04-2022 22:36     Baxış: 3233 A- / A+
NATO Baş katibi Yens Stoltenberq qurumun mənzil qərargahında ənənəvi mətbuat konfransında Buça qətliamı haqqında da danışıb, bildirib ki, bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ilk dəfədir belə bir qətliamla üzləşir. Halbuki İkinci Dünya müharibəsindən sonra beynəlxalq aləm Xocalı, Srebrenitsa kimi qətliamlara şahidlik edib.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“NATO Baş katibinin “biz bu münaqişənin Ukrayna sərhədlərini aşmasına icazə verməməliyik” cümləsi də diqqəti cəlb edir. Görünür, baş katib Rusiyanın başqa işğalçı müharibələr də planlaşdırdığına işarə edib.

Stoltenberq deyib ki, əgər nüvə gücləri olan NATO və Rusiya üz-üzə gələrsə, bu daha dəhşətli müharibə olar. Stoltenberq bunları nəzərə alaraq çətin və ağrılı qərarlar verməyə məcbur olduğunu bildirib. Nədir bu çətin qərar? Aydındır ki, söhbət Ukraynanın NATO üzvlüyündən kənarda tutulmasından və Ukraynanın hava sahəsinin qorunmasından imtinadan gedir. Stoltenberqin “çətin qərar” dediyi siyasət minlərlə ukraynalının öldürülməsinin bundan sonra da davamı deməkdir”, - politoloq vurğulayıb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar