Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Kinder Surprise" şokoladlarında təhlükəli virus aşkar edildi

Tarix: 05-04-2022 21:07     Baxış: 3294 A- / A+
Böyük Britaniyada 60-dan çox uşaq "Kinder Surprise" adlı yumurta formalı şokoladlarla əlaqəli epidemiya olan salmonellaya (təhlükəli qida virusu) yoluxub. 

Manevr.az unikal-a istinadən xəbər verir ki, müəyyən ölçülərdə və qablaşdırmada olan "Kinder Surprise" məhsullarının geri çağırılması qərara alınıb.

İngiltərə Qida Standartları Agentliyi (FSA) şokolad şirkəti Ferrero-nun epidemiya ilə bağlı araşdırmaların davam etdiyi üçün ehtiyat tədbiri olaraq bəzi şokolad partiyalarını geri çağırdığını açıqlayıb. Bildirilib ki, geri çağırılma "salmonella epidemiyası ilə mümkün əlaqə" ilə əlaqədardır.

FSA rəsmisi Tina Potter deyib ki, sözügedən şokoladlar uşaqlar arasında populyar olduğu üçün bu, hazırda çox evdə ola bilər. Lakin təhlükəsizlik tədbirləri baxımından onlar geri qaytarılmalıdır. 

"Kinder Surprise" istehsal edən Ferrero şirkəti də açıqlamasında bu son istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.

İngiltərədə can itkisi olmasa da, infeksiyaya yoluxan 63 nəfərin çoxunun 5-6 yaş arası uşaqlar olduğu bildirilib.

İngiltərə ilə yanaşı İrlandiya, Fransa, Almaniya, İsveç və Hollandiyada salmonella epidemiyasına rast gəlindiyi qeyd olunub. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar