Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynalı Tatyanadan ürpərdici sözlər – “Çeçen əsgər mənə dedi ki...”

Tarix: 04-04-2022 21:36     Baxış: 4239 A- / A+
Rus hərbi qüvvələrinin Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça şəhərindən geri çəkilməsi günlərdir burada baş verən dəhşətli fəlakəti gün işığına çıxarıb.

Rus hərbçilərinin Buçadan çəkilməsi ilə həftələrdir Rusiyanın nəzarətində olan şəhərdə yüzlərlə dinc sakinin öldürüldüyü faktını ifşa edib.

İngiltərənin “Röyter” agentliyinə danışan Buça sakini Tatyana Vladimirovna başına gələnləri ən xırda təfərrüatlarına qədər dilə gətirib. Tatyana yaşadıqlarını göz yaşları içində danışıb və rus əsgərlərinin amansızlığını sözlərlə təsvir edib.

Onun sözlərinə görə, rus hərbi qüvvələri şəhərə daxil olduqdan sonra hərbçilər onu və keçmiş donanma zabiti olan həyat yoldaşını evlərindən çıxarıblar.

Tatyana çeçen qüvvələrinin də bölgədə olduğunu iddia edib:

“Çeçenistandan gəldiyini düşündüyüm bir adam bizi kəsəcəyi ilə hədələdi. Dörd gün sonra məni buraxdılar, amma günlərlə hər yerdə ərimi axtardım”.

Tatyana əri ilə birlikdə yaşadığı mənzilin zirzəmisində bəzi cansız cəsədlər gördüyünü, onların arasında ərinin də olduğunu bildirib.

“Onu ayaqqabısından və şalvarından tanıdım. Vücudu doğranmışdı, bədəni kəsilmişdi. Qonşumda üzünün fotoşəkili var. Başından güllələnib, kəsilib, işgəncələrə məruz qalıb”, - Buça sakini söyləyib.

Tatyana başqa cəsədlərin olduğunu da deyib: “Ərimi qonşularımın köməkliyi ilə binanın yaxınlığındakı bağda basdırdıq. İtlərin yeməməsi üçün məzarını çox dərin qazdıq”. teleqraf.com   

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar