Xəbər lenti
Neftçalada Aprel döyüşlərinin 6-cı ildönümü qeyd olundu - Şəkillər
Neftçala rayonunda Aprel döyüşlərinin 6-cı ildönümü qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, qonaqlar və ictimaiyyət üzvləri iştirak edib.
İlk öncə Neftçala şəhəri Şəhidlər Xiyabanında Aprel döyüşləri zamanı şəhid olan Milli Qəhrəman, mayor Samid İmanovun və Aşağı Qaramanlı kəndində şəhid gizir Elimdar Səfərovun məzarları ziyarət olunub, önünə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Aşağı Qaramanlı kəndində şəhid Elimdar Səfərov adına olan parkda şəhid büstü ziyarət olunub.
Tədbirdə çıxış edən Mirhəsən Seyidov Aprel döyüşlərinin işğalda olan ərazilərimizə Böyük Qayıdışın başlanğıcı olduğunu qeyd edib. Müasir və qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, o cümlədən, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında torpaqlarımızın bir qismini tam azad etdi.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Milli Ordunun nəzarəti altına keçdi. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilən ərazilərin, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi. Dövlət başçısının sərəncamlarına əsasən, Cocuq Mərcanlı kəndi qısa zamanda bərpa olundu, quruculuq işləri həyata keçirildi.
Tədbir məktəblilərin hazırladıqları kompozisiyalarla davam edib. qafqazinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar