Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Peskov Ramzan Kadırova "od qoyub" - Ramzan da Peskovu teleqramda "atəşə tutub"

Tarix: 03-04-2022 22:46     Baxış: 4212 A- / A+
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir neçə gün öncə tanınmış aparıcı İvan Urqantın ölkəni tərk etməsinə münasibət bildirmişdi. D.Peskov Rusiya ictimaiyyətini İvan Urqanta qarşı anlayış göstərməyə çağırmışdı: "İvan Urqant böyük vətənpərvərdir".

Eyni zamanda, D.Peskovdan Rusiya prezidenti Vladimir Putinin Çeçenistanın rəhbəri Ramzan Kadırova general-leytenant hərbi rütbəsi verməsinə münasibəti də soruşulmuşdu. D.Peskov "Mən bu barədə fərmanı hələ görməmişəm" deməklə kifayətlənərək, bu məsələyə şərh verməkdən yayınmışdı.

Maraqlıdır ki, D.Peskovun bu davranışı Ramzan Kadırovu əsəbiləşdirib. R.Kadırov özünə məxsus teleqram kanalında D.Peskovu Rusiyanın çətin günlərində ölkədən qaçan şəxsləri, o cümlədən də, İvan Urqantı "böyük patriot" kimi təqdim etməkdə qınayıb: "Çox qəribə yanaşmadır. Qəhrəmanları qəhrəman, generalları isə general adlanlandırmaq istəmirlər. Ancaq Rusiyanın çətin günlərində ölkədən qaçanları isə "böyük patriot" adlandırırlar. Dmitri Peskovun "patriot" olduqca anlaşılmaz və qüsurludur. Bununla nəsə etmək lazımdır". musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar