Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Ukraynadakı səylərinə görə Nobel mükafatı ala bilər

Tarix: 01-04-2022 09:07     Baxış: 4216 A- / A+


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatını ala bilər.
Manevr.az xəbər verir ki, bu barədə jurnalist Saskiya van Vestrinen Hollandiyanın "Algemeen Dagblad" qəzetində dərc olunan məqaləsində bildirib.
Jurnalist R.T.Ərdoğanın İstanbulda danışıqlardan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşdə söylədiyi fikirlərə də yer verib və prezidentin "Bütün dünya xoş xəbər gözləyir. Biz sizə kömək etməyə hazırıq" sözlərini sitat gətirib.
“Əgər hər şey yaxşı bitərsə, Ərdoğan indiki mövqeyi ilə demək olar ki, Nobel Sülh Mükafatını ala bilər”, - deyə van Vestrinen bildirib.
Həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətləri sayəsində Türkiyə özünəməxsus mövqedədir və müharibəni bitirmək istəyinə görə geniş şəkildə təqdir olunur. R.T.Ərdoğan bu yaxınlarda İstanbulda keçirilən görüşdən əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb və bunu hər iki tərəf “konstruktiv” adlandırıb."Trend"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar