Xəbər lenti
Ədəbiyyat İnstitutunda təcrübəçi tələbələrlə görüş keçirilib

Görüşdə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə bütün şəhidlərimiz, o cümlədən, soyqırımı qurbanları ehtiramla yad edilib. Tarixin bir də belə faciələri təkrar yadımıza salmaması üçün keçmişi yaxşı öyrənməyin, hadisə və faktları gələcək nəsillərə dəqiq və obyektiv çatdırmağın vacibliyi vurğulanıb.
Təcrübəçi tələbələrə Ədəbiyyat İnstitutunun prioritet istiqamətləri, əsas fəaliyyət prinsipləri, elmi tədqiqat işlərinin mahiyyəti haqqında məlumatlar verilib. Son illər İnstitutda görülən işlər, yeni dövrləşdirmə konsepsiyası əsasında yazılan, artıq 6 cildi işıq üzü görmüş 10 cildlik “Azərbaycan Ədəbiyyatı tarixi” çoxcildliyi, “Sənətkarın elmi pasportu”, “Mühacirət ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar, İnstitutda hazırlanan müxtəlif ensiklopediyalar, jurnal və məcmuələrə dair bilgilər verilib.
Tədbir tələbələri İnstitutun ayrı-ayrı şöbələrinin fəaliyyət istiqamətləri haqqında maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar