Xəbər lenti
Dövlət Komitəsində almaniyalı beynəlxalq hüquq mütəxəssisi ilə görüş olub

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən biri kimi qaçqınlara və məcburi köçkünlərə daim qayğı göstərildiyini, bu kateqoriyadan olan insanların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyini qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev torpaqlarımızın işğaldan azad olunmasından sonra yaranmış situasiya haqqında qonağa ətraflı məlumat verib. Eyni zamanda, almaniyalı alimin Azərbaycan haqqında tədqiqatlarının və çap olunmuş əsərlərinin Cənubi Qafqaz regionundakı vəziyyət barədə həqiqətlərin dünya birliyinə çatdırılmasında əhəmiyyətli rol oynadığı vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurda qayıdışı və reinteqrasiya prosesi, bununla əlaqədar qarşıya çıxan hüquqi məsələlər və mövcud qanunvericiliyin beynəlxalq normalar əsasında təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə görüşdə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, sədrin müşaviri Nəsimi Nərimanov, Hüquq və kadrlar şöbəsinin müdiri Ziya Məmmədov, Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev və “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev iştirak edib.
Xatırladaq ki, professor H.Y.Hainze, eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin nəzdində Alman Diplomatik Akademiyasının məruzəçisidir. Onun Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı monoqrafiyası 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar